Azərbaycan nefti bir günə 4,7 faiz bahalaşıb

11:00 12-11-2020 407

Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb.

HerGun.Az-ın qlobal “Oil Price” portalından əldə etdiyi məlumata əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,06 dollar və ya 4,70 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 45,92 ABŞ dollarını təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Nigar Məmmədova