Şəmkirdə kişi tanışı tərəfindən bıçaqlandı
07:20 23-11-2020 558
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı kəndində qeydə alınıb.
1952-ci il təvəllüdlü Məhəmməd Qasımov qol və bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal yaşlı kişinin yaraları tikilib vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Qasımov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Hadisə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.