Şirvan sakini tüstüdən boğularaq öldü

09:40 24-11-2020 29

Şirvan şəhəri Məhəmməd Əsədov küçəsi ev 30 a ünvanında ölüm hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Əhmədov Balaqardaş Məlik oğlu yatdığı vəziyyətdə elektrik qızdırıcısı üstünə düşüb. Üzərindəki örtüyün tüstüləməsi nəticəsində B.Əhmədov boğularaq ölüb. 

Meyit müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.