Kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manat kredit ayrılıb

15:40 30-11-2020 468

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara 65 milyon manat kredit ayrılıb.

Bu barədə HerGun.Az-a Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) məlumat verilib.

Bu vəsaitin 32 milyon manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33,4 milyon manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlər təşkil edir.

Ayrılan kredit vəsaitinin 20,6 milyon manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2 min 200 nəfərdən artıq fermer faydalanıb.

Belə ki, 2020 ilin yanvar-noyabr aylarında Agentlik xətti ilə kənd təsərrüfatına ayrılan kredit və güzəştlərdən 5 min 623 fermer və sahibkar faydalanıb.

Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75,7 milyon manatdan artıq subsidiya verilib.