Azərbaycanlı aktyor bir həftə ərzində həm anasını, həm də atasını itirdi
08:20 03-12-2020 571
Azərbaycanlı aktyor Kamran Yunisə ağır itki üz verib.
HerGun.Az xəbər verir ki, bununla bağlı aktyor özü sosial şəbəkədə məlumat verib.
O bildirib ki, atası Aydın Yunis vəfat edib.
Qeyd edək ki, bu, aktyorun ailəsində son bir həftədə ikinci ağır itkidir. Bir həftə öncə K. Yunisin anası dünyasını dəyişib.