Məşhur fotoqraf Ağdam teatrının qarşısındakı heykəlin aqibətindən yazdı - FOTO

19:20 06-12-2020 444

Dünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Ağdam şəhərindən yeni foto paylaşıb. 

Fotoqraf sosial media hesabında paylaşdığı fotoya belə şərh əlavə edib: 

“Bu heykəli əvvəl olduğu yerdən - Ağdamdakı teatr binasının qarşısından təxminən bir kilometr uzaqda tapdım. Erməni işğalçıları tərəfindən məhv edilmiş heykəlin qalıqları şəhər boyu səpələnib. Heykəlin başını tapa bilmədim”.