Məşhur fotoqraf Ağdamdan yeni fotolar paylaşdı

19:40 16-12-2020 491

Dünyaca məşhur fotoqraf Reza Deqati Ağdam rayonu ilə bağlı yeni foto paylaşıb.

O, bu barədə öz “Twitter” hesabında paylaşım edib.

“Ağdam, #Azərbaycan. Mən 1992-ci ildə iki fransız Qeyri Hökümət Təşkilatı ilə Ağdamda idim. Şəhid analarına həsr olunmuş bu abidəni xatırlayıram. 28 il sonra erməni abidələrinin mədəniyyət və tarix xatirələrini silmək istəyi nəticəsində bu abidə artıq dayanmır #karabakh”, - deyə o qeyd edib.