Erməni jurnalist Paşinyana Azərbaycan dilində müraciət etdi: “Get, cəhənnəm ol” - VİDEO

13:20 21-12-2020 494

Məşhur erməni jurnalist, şərqşünas, bloqer Vadim Arutyunov Ermənistanın Baş naziri Nikol Paşinyana Azərbaycan dilində müraciət edib. 

Baku TV xəbər verir ki, bloqer “Çıx get. Erməni xalqını cin atına mindirmə. Get, cəhənnəm ol” kimi ifadələrlə Paşinyana videomüraciət edib. 

“Antitopor” layihəsinin müəllifi müraciətində Paşinyanı ölkənin baş naziri postundan da getməyə çağırıb.