Milli Məclisin növbəti iclaslarında əsasən 2021-ci ilin maliyyə məsələləri müzakirə olunacaq

14:40 23-12-2020 424

Milli Məclisin 24 və 25 dekabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.

HerGun.Az-ın məlumatına görə, keçiriləcək iclaslarda gündəliyə 13 məsələ çıxarılacaq.   

- “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

- “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).  

- “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).  

- “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

- “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

- Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il üçün xərclər smetası haqqında.

- Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci il üçün xərclər smetası haqqında.

- “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

- “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).