ABŞ-da vəkil koronavirusdan müalicə olunan arvadını öldürüb intihar etdi

07:20 31-12-2020 319

ABŞ-ın Konnektikut ştatında Milad gecəsi 59 yaşlı vəkil Con Liqori evdə koronavirus müalicəsi alan 55 yaşlı həyat yoldaşı Sindi Liqorini yatdığı yerdə güllələyib.

DHA xəbər verir ki, daha sonra o, arvadının yanında uzanıb və eyni silahla intihar edib.

Sindi Liqorinin anası Klar Palmerin də koronavirusa yoluxduğu və yerli xəstəxanada müalicə aldığı qeyd edilir. S.Liqori anasının itinə qulluq etmək üçün onun evində qalırmış.

Məlum olub ki, arvadını öldürməzdən əvvəl kişi onun bacısı Lampson Palmerə zəng edib və iti aparmasını istəyib.

Evə gələn L.Palmeri bacısının və onun ərinin cəsədləri ilə rastlaşıb.

Hadisə yerindən azı iki silah götürülüb. Fakt araşdırılır.