Boris Consonun atası “Brexit”ə görə Fransa vətəndaşlığını qəbul edəcək

06:40 01-01-2021 322

Böyük Britaniyanın Baş naziri Boris Consonun atası Stenli Conson İngiltərənin Avropa İttifaqından çıxması ilə əlaqədar olaraq Fransa pasportu almaq qərarına gəlib.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2020-ci il 31 dekabr tarixi Böyük Britaniyanın Avropa İttifaqının tərkibində olmasının sonuncu gündür.

Bu gün həmçinin Britaniyada bütün Avropa İttifaqı normalarının və qanunlarının tətbiq olunduğu son gündür.

Martın əvvəlində “The Sunday Times” nəşrinə müsahibə verən Boris Conson, atasının “Brexit”dən sonra Avropa ölkələri və orada yaşayan qohumları ilə sıx ailə əlaqələrini davam etdirmək üçün Fransa vətəndaşı olacağını bildirmişdi.

“İngilislərə “sən artıq avropalı deyilsən” deyə bilməzsiniz. Avropa Avropa İttifaqından daha böyükdür. Bəli, Avropa İttifaqı ilə əlaqənin olması vacibdir”, - deyə B.Conson qeyd etmişdi.