Fövqəltəbii hadisə sakinləri qorxutu: Bir həftədə doqquz dəfə evlərində yanğın oldu - VİDEO

07:00 06-01-2021 494

Türkiyənin Kırıkkale şəhərində qeyri-adi hadisə sakinləri qorxudub.

Belə ki, Çerikli  qəsəbəsində birmərtəbəli evdə, son bir həftə ərzində doqquz dəfə səbəbi bilinməyən yanğın baş verib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Kılınçkaya ailəsi yanğınların səbəbini tapmaq üçün jandarmadan dəstək istəyib.

Remzi Kılınçkaya bu hadisə ilk dəfə baş verərkən elektrikləri çağırdıqlarını bildirib. Lakin onlar elektrik naqilləri ilə bağlı olduğunu qətiliklə rədd ediblər.

“Yəni bu fövqəltəbi bir fenomendir. Xahişim budur; Türkiyədə belə bir şey kiminsə başına gəlibsə, bizlərə yardımçı olsun. Nə etdilər, necə etdilər? Bu gün bura yandı. 9 dəfə yanğın olub! Bütün otaqlar yanıb”, - deyə o bildirib.

Ev sahibinin yaxın qohumunun sözlərinə görə, evin hər yerini dəqiqliklə araşdırıblar:

“Bunun necə baş verdiyini anlamırıq. Bu insanlar tərəfindən, müəyyən bir düşmən tərəfindən törədilən, yaxud qısaqapanma ilə bağlı olan hadisə deyil. Qətiyyən. Dünən gəldim, yenidən yanğın çıxdı. Buna özüm şahid oldum. Damdan duman çıxırdı. Bu dəfə içəri girdik, hamam dəsmalları yandı. Öz gözlərimlə gördüm”, - deyə o bildirib.