Palatanın ventilyasiya sistemindəki qəribə məxluq pasiyenti qorxutdu - FOTO

08:00 06-01-2021 462

Avstraliyalı qadının qaldığı xəstəxananın havalandırma sistemində gizlənən “sirli məxluq”la bağlı paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

News.com.au-nun məlumatına görə, qadın bununla bağlı fotoları özünün “Facebook” səhifəsində paylaşıb.

Məlumata görə, xəstənin gəlini qayınanasının yatağının üzərində havalandırma sistmindən ona qeyri-adi bir varlığın baxdığını görüb. Bir neçə dəfə eyni hal tıəkrarlanandan sonra qadın onun şəklini çəkib, sosial şəbəkədə paylaşıb.

“O, gözlərini qırpır, hərəkət edir və otağı süzürdü. Bəzən orada olurdu, bəzənsə yox”, - deyə öz paylaşımında bildirib.

Qəribəliklər bununla bitməyib. Belə ki, qadının sözlərinə görə, qaynanası tibb bacılarının onu tez-tez narahat etməsindən, yuxudan oyatmasından şikayətlənib. Lakin sonradan məlum olub ki, həmin vaxt otağa heç kim girmir.

Yaşlı qadın isə dediyində israrlı olub.

Bu paylaşım sosial mediada böyük müzakirələrə səbəb olub. Bəziləri bunun kiminsə “ruhu” olduğunu deyir, başqası isə qadının sadəcə psixoloji sarsıntı keçirdiyini bildirib.

Bir qrup istifadəçi isə bunu zərərverici gəmiricilər ola biləcəyi ehtimalını irəli sürərək, xüsusən pandemiya dövründə belə halın yolverilməz olduğunu bildiriblər və xəstəxananı şikayət etməyi tövsiyə ediblər.