Azərbaycan tütün və tütün məmulatlarının alışını kəskin azaldıb

16:40 16-01-2021 452

Azərbaycan tütün və tütün məmulatlarının alışını kəskin azaldıb.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2020-ci ildə tütün və tütün məhsullarının həcmi ümumi idxalın 0,8 faizini təşkil edib.

Ötən il ölkəmiz xaricdən 85,5 milyon dollar dəyərində tütün və tütün məhsulları idxal edib. Bu 2019-cu illə müqayisədə 31,6 milyon dollar və ya 27 faiz azdır.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 117,1 milyon dollar dəyərində tütün və tütün məhsulları idxal edib.