Bayden Trampın izlərindən qurtulmaq istəyir: Oval kabinetdə bir neçə dəyişiklik edildi - FOTO

04:40 23-01-2021 317

ABŞ prezidenti Co Bayden Ağ Evdə iş masası üzərində olan düymənin yığışdırılması barədə göstəriş verib.

“Assosiated Press” xəbər verir ki, bu düymə masaya Baydenin sələfi Trampın tapşırığı ilə qoyulmuşdu. Eks-prezident bu düyməyə basaraq, ofisiantı çağırır və sevimli içkisi olan dietik kola sifariş edirdi.

Yeni prezident Oval kabinetdə daha bir neçə dəyişiklik edib. O, Klinton zamanında pəncərədən asılan pərdələri geri qaytarıb.

Eyni zamanda, sonuncu dəfə yenə Klintonun prezidentliyi dövründə istifadə olunan, ortasında prezident möhürü olan tünd göy xalçanı yerə sərdirib.

Tramp zamanında bu xalçanın əvəzinə daha açıq rəngli, üzərində günəş şüalarına bənzər təsvirlər olan xalçadan istifadə edilirdi.