Dəniz quldurlarının hücumuna məruz qalan “Motsart” gəmisi Qabona çatdı

14:40 24-01-2021 317

Artıq xəbər verdiyimiz kimi, Nigeriyanın Lagos şəhəri yaxınlığında Türkiyə bayrağı altında üzən “Motsart” gəmisi dəniz quldurlarının hücumuna məruz qalıb.

Məsələ ilə bağlı cərəyan edən hadisələri diqqətdə saxlayan HerGun.Az “Haber Global”a istinadən xəbər verir ki, gəmi Bakı vaxtilə saat 12.00-da Qabonun Port Gentil limanına çatıb. Bunu Türkiyə Rabitə və İnfrastruktur naziri Adil Qaraismayiloğlu bildirib.  

Türkiyənin Liberiyadakı səfiri Nilufər Qayğısız isə bildirib ki, hazırda limandakı bütün səlahiyyət sahibləri məsələ ilə bağlı yardım etməyə çalışırlar.

“Əməliyyatların gedişi gəminin aid olduğu şirkətlə koordinasiyalı şəkildə həyata keçirilir. Əvvəlcə cənazəmizin nəqli ilə bağlı işləri görməyə çalışırıq. Cəsədi əvvəlcə morqa göndərəcəyik. Hadisələri addım-addım izləyirik”, - deyə səfir bildirib.