Qadının səriştəsizliyi ancaq filmlərdə gördüyümüz səhnəni yaratdı - FOTO
08:40 28-01-2021 423
Sosial şəbəkələrdə Rusiyanın Moskva vilayətində baş verən qəzanın görüntüləri yayılıb. Kadrlarda divarı deşərək yarısı binanın çölünə çıxan maşın əks olunub.
360 TV-nin məlumatına görə, qeyri-adi görüntülərə səbəb “Mercedes”in sürücüsü olan qadının idarəetməni itirməsi olub.
Hazırda maşının divardan çıxarıldığı bildirilir.
Qadının vəziyyəti barədə məlumat verilməyib.