Neftin qiyməti ucuzlaşır

10:00 28-01-2021 387

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Bu barədə RT məlumat yayıb.

WTI markalı neftin mart fyuçersləri 0.49 faiz ucuzlaşıb və bir barelin dəyəri 52.59 dollar təşkil edib.

“Brent” markalı neftin mart fyuçersləri isə 0.64 faiz ucuzlaşıb və bir bareli 55.45 dollara satılıb.