Rusiya ərazisindən fitosanitar nəzarətində olan yüklərin tranzit daşınmasına icazə verilib

19:20 29-01-2021 410

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya Federasiyası ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.