11 evi talayan şəxs həbs edildi

13:40 03-02-2021 504

Bakıda 11 evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 11 evdən ümumilikdə 11 170 manat pul, 470 ABŞ dolları, 19 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Tağıyev saxlanılıb.