Azərbaycan nefti bahalaşmaqda davam edir

11:00 04-02-2021 437

Azərbaycan neftinin qiyməti 60 ABŞ dollarına yaxınlaşır.

“Azeri Light” markalı neftin bir bareli 1,03 ABŞ dolları qədər və ya 1,76 faiz bahalaşıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 59,51 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.