Ana olduqdan sonra çəkisi artan model “Vogue” jurnalının üz qabığında - FOTO

03:00 06-02-2021 388

Dünyaca məşhur model Cici Hadid ana olduqdan 10 ay sonra yenidən kameraların qarşısına keçib.

“Vogue” jurnalının üz qabığı üçün poz verən 25 yaşlı model hamiləlikdən sonra xarici görünüşünün dəyişikliyindən narahat olmadığını bildirib.

“Əvvəlki qədər incə olmadığımı bilirəm. Amma eyni zamanda mən gerçəyi düşünən biriyəm”, - deyə onun jurnala verdiyi reportajda qeyd edilir.

Hadid deyib ki, ana olmaq onu çox dəyişdirib və karyera seçiminə təsir edib. O, əvvəlki çəkisinə qayıtmaq məcburiyyətində olmadığını da vurğulayıb.

Bu zamana qədər hər həftə fərqli ölkədə olmağı seçən model artıq daimi yerləşməyə üstünlük verdiyini bildirib.