Əmisinin sümüklərindən gitara düzəltdi - FOTO/VİDEO

05:40 11-02-2021 470

Amerikalı gitaraçı “Prince Midnight” özü üçün musiqi aləti düzəltmək qərarına gəlib, ancaq bunun üçün çox qeyri-adi material seçib.

Onun əlinin altında ölmüş əmisinin skleti və simlər olub. Gənc də onları birləşdirmək qərarına gəlib.

Bu barədə “AntiRadio” xəbər yayıb.

Bildirilir ki, gəncin ölənə kimi (1990-cı il) Yunanıstanda yaşayan əmisi Filipp öz skletini elmə vəsiyyət edib.  Bir neçə il sklet ölkə məktəblərinin birində uşaqlar üçün istifadə olunub. Lakin bir müddət sonra Yunanıstanda  təhsil müəssisələrində əsl skletlərin istifadəsi qadağan edilib. Bundan sonra Filippin  sümükləri bir qutuya yığılaraq saxlanılıb. İllər keçdikdən sonra musiqiçinin ailəsi qəbirstanlıqda yerin kirayəsini ödəyə bilməyib. Bundan sonra “Prince Midnight” qohumunun qalıqlarını ABŞ-a gətizdirmək və onunla nə edəcəyi barədə burada düşünmək qərarına gəlib.

Lojistik məsələlər həll olunduqdan sonra isə gənc musiqiçinin ağlına belə-qeyri adi həll gəlib.

“Əmim Filipp metal janrının böyük fanatı olub, elə bununla da mənim musiqi karyerama təsir qoyub. Onun qalıqları Vətənə qayıtdıqdan sonra bilmirdim nə edim. Sonra onun sümüklərindən ilk elektrogitara düzəltmək qərarına gəldim ki, əmim bundan sonra da sevinc və fayda gətirsin”, - deyə ifaçı özünün “Instagram” hesabında bildirib.