“Masumlar apartmanı”nın Gülbəni makiyajlı görünüşü ilə müzakirələrə səbəb oldu - FOTO

07:40 11-02-2021 383

Türkiyənin ən çox izlənən seriallarından olan “Masumlar apartmanı”nın Gülbəni Mərvə Düzdarın yeni görünüşü təəccüb yaradıb.

Sondakika.com xəbər verir ki, həm serialda, həm də şəxsi həyatında təbii görünüşə üstünlük verən aktrisa məşhur markanın reklamı üçün makiyaj etdirib.

Onun makiyajlı görünüşü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilərinin çoxu aktrisanın təbii görünüşünə üstünlük verdiklərini bildiriblər.