Məşhur futbolçu Jerom Boatenqdən ayrılan sevgilisi bir həftə sonra ölü vəziyyətdə tapıldı - FOTO

08:40 11-02-2021 433

Model Kasia Lenhardt sevgilisi, Almaniyanın “Bavariya” klubunun futbolçusu Jerom Boatenqdən ayrılandan bir həftə sonra Berlindəki mənzilində ölmüş halda tapılıb.

Bu barədə “Daily Mail” xəbər verir.

Mənbənin verdiyi məlumata görə, 25 yaşlı Lehnhardtın ölüm xəbərini model Sara Kulka təsdiqləyib.

Polis modelin ölümünün zorakı olmadığını söyləyir.

Boatenq və Lehnhardt fevralın 3-də yollarını ayırıb.

Futbolçu “Bild”ə verdiyi müsahibədə qızın sərxoş vəziyyətdə onun avtomobilini küçə dirəyinə çırpmasından sonra münasibətləri pozmağa qərar verdiyini söyləyib.