Məhkəmə dünya şöhrətli ulduzun atasına qarşı iddiasını təmin etmədi

17:00 12-02-2021 500

Ötən gün ABŞ-da 39 yaşlı məşhur pop ifaçı Britni Spirsin qəyyumluğuna dair növbəti məhkəmə iclası keçirilib.

“Variety” nəşri xəbər verir ki, məhkəmə ifaçının atasının qəyyumluqdan tamamilə kənarlaşdırılması tələbini rədd edib, eyni zamanda atanı maddi məsələlərdə qızının yeganə qəyyumu olmaq hüququndan məhrum edib.

İfaçının atası ilə növbəti məhkəməsi 17 mart tarixində baş tutacaq. Xatırladaq ki, B.Spirs 2008-ci ildən bəri atasının himayəsindədir. Məhkəmə ağır əsəb pozğunluğu keçirən müğənnini valideyninin himayəsinə vermək barədə hökm çıxarıb.

B. Spirsin pərəstişkarları isə müğənninin atasının himayəsindən alınmasını və sərbəst yaşamaq hüququnun qaytarılmasını tələb edir.