Səhvən diş çöpü udan türkiyəli maniken ölümdən döndü

06:00 13-02-2021 441

Türkiyəli maniken Demet Şener su içərkən səhvən diş çöpü udub.

“Sabah” xəbər verir ki, xəstəxanaya gedən Şener əməliyyat edilib və yad cisim onun mədəsindən çıxarılıb.

“Evdəki köməkçim su içdiyim stəkanı mətbəxə aparanda ortalıqda olan diş çöpünü onun içinə atıb. Mən də səhər uşaqlarla tələsik evdən çıxanda həmin stəkana su doldurub içdim. Dərhal xəstəxanaya getdim”, - deyə türkiyəli maniken bildirib.

Artıq evində olan Şener özünü yaxşı hiss etdiyini deyib.