Bergüzar Korel yeni çəkiləcəyi serialdan danışdı

09:20 14-02-2021 486

Türkiyəli aktrisa Bergüzar Korel yeni çəkiləcəyi “Qanlı Yayım” serialı barədə ilk dəfə açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, ötən ilin mart ayında ikinci övladını dünyaya gətirən aktrisa dərisinə qulluq üçün getdiyi klinikadan çıxan zaman kameralara tuş gəlib.

O, rəqəmsal platformada yayımlanacaq “Qanlı Yayım” serialının 10 bölümü əhatə edəcəyini deyib:

“Komediya və ya dram deyil, bu serial bir az fərqli formatda olacaq”.