Ulduz cütlükdən Sevgililər günü paylaşımı – FOTO

19:20 14-02-2021 443

Türkiyənin tanınmış aktyor və model cütlüyü Sinəm Kobal və Kənan İmirzalıoğlu 14 fevral Sevgililər günü ilə bağlı xüsusi paylaşım ediblər.

“Haber Global”ın məlumatına görə, məşhurlar sosial şəbəkələrdə bir-birinə olan sevgilərini ifadə edən fotoşəkillərini yayıblar.

“Bizim sevgililər günümüz” başlığı ilə yayılan fotolar qısa müddət ərzində çox sayda bəyənmə toplayıb.