Castin Timberleyk Britni Spirsdən üzr istədi

07:40 15-02-2021 513

Məşhur müğənni və aktyor Castin Timberleyk vaxtilə birlikdə yaşadığı digər bir ulduz ifaçı Britni Spirsdən üzr istəyib.

“Star Hit” nəşrinin məlumatına əsasən, Timberleyki buna vadar edən səbəb fevralın 10-da Britni haqqında çəkilmiş “Britni Spirsi zərbə altında qoymaq” filminin ekranlara çıxması olub.

Belə ki, filmdə Timberleykin xəyanətindən sonra cütlüyün ayrılması və bu ayrılığın Spirsin həyatında dərin iz buraxması, onun ciddi psixoloji sarsıntı keçirməsi, bununla əlaqədar karyerasında böyük problemlər yaşaması əks olunur.

Castin bildirib ki, yaranmış vəziyyətlə bağlı həyəcan keçirir. O, Britninin ünvanına çoxlu lazımsız ifadələr işlətdiyini və indi buna görə çox peşman olduğunu qeyd edib.