Sevgilisindən Meqan Foks barədə qəribə etiraf: qanı boynumdadır – FOTO/VİDEO

02:20 16-02-2021 470

Amerikalı rep ifaçısı və musiqiçi Machine Gun Kelly (Kolson Beyker) üzərində sevgilisi aktrisa Meqan Foksun qanı olan amuleti gəzdirdiyini etiraf edib.

Lenta.ru-nun məlumatına görə, bu barədə artist özünün “Instagram” hesabında bildirib.

O, Meqan Foksla bir sıra foto və video paylaşıb. Kadrlarda aktrisanın qanı olan bəzək əşyası da olub.

“Sənin qanını boynumda gəzdirirəm”, - deyə rep ifaçısı şərh yazıb.