“Space” TV-nin yeni rəhbəri Mətanət Əliverdiyevanın verilişini dayandırıb? - AÇIQLAMA

12:20 16-02-2021 478

“Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyevin tanınmış aparıcı Mətanət Əliverdiyevanın “Hər səhər Mətanətlə” verilişinin yayımını dayandırması ilə bağlı xəbər yayılıb.

Kanalın “Müəllif Layihələr” və “Hər Səhər” proqramları departamentinin rəhbəri Könül Əlizadə HerGun.Az-a açıqlamasında bildirib ki, xəbər həqiqəti əks etdirmir:

“Verilişin yayımlanmamasına səbəb Mətanət Əliverdiyevanın Türkiyəyə səfəri ilə bağlıdır. Orada M. Əliverdiyeva kanal üçün çəkilişlər edir”.

O, həmçinin qeyd edib ki, aparıcının rol aldığı “Qız atası” serialının bir qismi də Türkiyədə çəkilir.

Könül Əlizadə “Hər səhər Mətanətlə” verilişi 8 mart tarixindən yeni dekorasiya ilə efirə qayıdacağını da vurğulayıb.

Qeyd edək ki, bununla bağlı məlumat yayan Unikal.org saytı M. Əliverdiyevanın proqramının dayandırıldığını yazmışdı.