Hakim pedofilə həbsdən xilas olmağın yolunu göstərdi

02:20 06-03-2021 373

Hindistanda Şarad Arvind Bobde adlı hakim mühakimə etdiyi pedofili həbsdən qorumağa çalışması ölkədə böyük ictimai rezonans doğurub.

“Daily Mail” xəbər verir ki, hakim müttəhimə təcavüz etdiyi azyaşlı ilə qanuni nikaha daxil olaraq həbsxana həyatı ilə vidalaşmağı tövsiyə edib.  

Məhz bu hadisə ictimaiyyətin qəzəbinə səbəb olub və hakimin istefası tələbi ilə petisiya kampaniyasına başlanılıb.

Aktivistlər hesab edir ki, hakimin bu addımı cəmiyyətdə təcavüzə haqq qazandırmağa xidmət edir.

Qeyd edək ki, Hindistan qanunlarına görə, nikahda olan şəxs həyat yoldaşına qarşı cinsi təcavüzdə ittiham oluna bilməz.

Bu səbəbdən təcavüzkar öz qurbanı ilə evlənərsə, cəzadan boyun qaçıra bilər.