“Unibank” və “Mastercard” daha bir ilkə imza atdı

16:00 11-03-2021 470

Ödənişlərinizi o saat etmək istəyirsiniz? O zaman bilin ki, o saat bu saatdır. “Unibank” və “Mastercard” Azərbaycanda ilk dəfə olaraq, “Mastercard” kartları ilə “Garmin” saatlarından təmassız ödəniş imkanlarını təqdim edir. Bunun üçün sadəcə mobil telefonunuzda “Garmin” saatınıza məxsus tətbiqə daxil olursunuz, “Unibank” “Mastercard” kartınızı daxil edərək, saatınızı təmassız ödənişlərə hazır edirsiniz. Prosesin ardıcıllığını bu videodan öyrənə bilərsiniz.

“İnnovativ texnologiyaları Azərbaycana gətirməkdən və Nağdsız Azərbaycan adını əsl reallığa çevirməkdən qürur duyuruq. Bütün bu layihələr əlbəttə ki, bizim müştərilərimizə daha çox rahatlıq gətirir və eyni zamanda elektron ödənişlərin həcmini artıraraq iqtisadiyyatı inkişaf etdirir.

Bu cür layihələri hazırlamaqla vədimizə sadiq qalmağa davam edirik”, - deyə “Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

“Unibank” KB-nin İcraçı Direktoru İqor Okayev bildirib ki, “Unibank” davamlı olaraq ölkədə nağdsız ödənişlərin artırılmasına öz töhfəsini verir: “Məhsul və xidmətlərimizin rəqəmsallaşması yaxın illər üçün “Unibank”ın əsas prioritetlərindən biridir. Çox sevindiricidir ki, bazarda öz rəqəmsal xidmətlərimizin çoxluğuna görə seçilirik. “Unibank” olaraq bu sahədə bir çox ilklərə imza atmışıq. Uzunmüddətli partnyorumuz olan “Mastercard”la birgə müştərilərə təqdim etdiyimiz “Garmin” saatları ilə təmassız ödəniş, bu ilklərdən biridir. Bu yaxınlarda bank kartlarına xidmətin “Unibank”ın öz Kart Prosessinq Mərkəzinə köçürülməsində əsas məqsədimiz də elə Bankımızın kart istifadəçilərinə daha çox imkanlar və yeniliklər qazandırmaq idi. “Unibank” müştərilərini nağdsız ödənişlər sahəsində bir çox yeni xidmətlər gözləyir”.

Qeyd edək ki, “Unibank” bu günlərdə “Ödəniş kartları ilə nağdsız ödənişlər üzrə lider bank” nominasiyasının qalibi seçilib. Nominasiya Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2020-ci ilin nəticələrinə əsasən təqdim olunub.

“Unibank” - Hər kəsin bankı!