Ledi Qaqa Quççi ailəsi barədə filmə çəkilir - FOTO

03:00 12-03-2021 507

Məşhur müğənni və aktrisa Ledi Qaqa Quççi ailəsi barədə filmə çəkilir.

“Fashion Time”ın məlumatına görə, bu barədə o, özünün “Instagram” hesabında məlumat verib.

Aktrisa “House of Gucci” filmində Patrisiya Recani obrazını canlandıracaq. O, Maurisio Quççi rolunu oynayan Adam Drayverlə birlikdə çəkdirdiyi şəklin altından “Sinyor və Sinyora Quççi” yazıb.

Film Quççi sülaləsindən və qurucu Quççio Quççinin nəvəsinin qətlindən bəhs edir.

Filmin ssenari müəllifi Roberto Bentivenyidir. Filmin ulduz tərkibinə Al Paçino, Cared Leto və Ceremi Ayrons da daxildir.

Qeyd edək ki, Recani 1995-ci ildə keçmiş əri Maurisio Quççini ofisin pilləkənlərində öldürülməsini təşkil etməkdə təqsirli bilinib. Buna görə o, 29 il müddətinə azadlıqdan məhrum edilib. Lakin həbsxanada müsbət davranışı onun 18 il sonra - 2016-cı ildə azadlığa buraxılmasına səbəb olub.