Adel keçmiş ərinə aliment ödəməyəcək - FOTO

07:20 12-03-2021 535

Bu yaxınlarda boşanma prosesi başa çatan məşhur britaniyalı müğənni Adel keçmiş əri, iş adamı Saymon Konekiyə aliment ödəməyəcək.

Bu barədə TMZ xəbər yayıb.

Bildirilir ki, cütlük övladları - səkkiz yaşlı oğulları Ancelo ilə bağlı qəyyumluq mövzusunda razılığa gəliblər. Bundan əlavə, onlar bir-birlərindən maddi dəstək tələb etməyəcəklər.

Beləliklə, nə Adel keçmiş həyat yoldaşına aliment ödəyəcək, nə də əksi olacaq.

Qeyd edək ki, keçmiş həyat yoldaşları boşanmaları barədə mətbuatda, və mahnılarında danışmamaq barədə razılığa gəliblər.