Keyt Midlton büdcəyə uyğun paltarla təəccübləndirdi - FOTO/VİDEO

05:20 13-03-2021 478

Kembric hersoqinyası Keyt Midlton geyindiyi büdcəyə uyğun paltarla pərəstişkarlarının rəğbətini qazanıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, şahzadə Uilyamın arvadı pandemiya ilə əlaqədar tətbiq olunan karantin məhdudiyyətlərindən sonra ilk dəfədir ki, ictimaiyyət arasında görünüb. Middlton əri və üç uşağı ilə birlikdə məktəblilərin psixi sağlamlığı məsələləri ilə bağlı müzakirələr üçün Londonda bir təhsil ocağını ziyarət edib.

Hersoqiniyanın əynində “Boden” brendindən cemper (65 funt/154 AZN), “Max and Co” markasından çəhrayı palto (389 funt/923 AZN) və “Jigsaw” brendindən qara şalvar (130 funt/380 AZN) olub. Middlton öz obrazını klatç, güllü maska və dikdaban ayaqqabı ilə tamamlayıb.

Pərəstişkarları Uilyamın xanımının xarici görünüşünü yüksək qiymətləndiriblər və koronavirus pandemiyası dövründə büdcəli brendləri dəstəklədiyi üçün təşəkkürlərini bildiriblər.

“Hər zamankı kimi gözəl görünürsünüz”, “Geyimini çox bəyəndim, doğurdan da büdcəyə uyğundur”, “Keytə çəhrayı yaraşır”, “Keyt istər bahalı, istərsə də ucuz geyimlərdə əla görünür”, - deyə istifadəçilər bildiriblər.