Zamiq Röyadan sonra onu seçdi - VİDEO

13:40 13-03-2021 429

Müğənni Zamiq Hüseynov ilə “Sivva”nın uzun zamandır hazırladığı “Dedilər”i təqdim olunub.

Xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiq Hüseynovun bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub. Bəstənin söz və musiqisi Sevincin özünə, aranjemanı Samir Şirinova, mix-masteringi isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub. 70-80-ci illərin ab-havasında yaradılan ekran işində cütlüyün tərzi, xüsusi olaraq seçilib. Klipdə iki nəfərin sevgi romanı əks olunub.

Zamiqin obrazı truba ifaçısıdır. Onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb.

Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını xalq artisti Nübar Novruzova oynayıb.