Neslihan Atagül xəstəliyi barədə yalan danışıb? - FOTO

03:20 14-03-2021 428

Türkiyədə “Sefirin qızı” serialının baş rol ifaçısı Neslihan Atagül səhhətindəki problemlər səbəbiylə serialı tərk etməli olduğunu açıqlayıb.

“Snob Magazin” xəbər verir ki, həmkarı Seren Serengil onunla bağlı iddiaları ilə gündəmi silkələyib.

Serengil bildirib ki, N.Atagül əslində xəstə olmayıb və təzminat ödəməmək üçün serialdan ayrılıb.

Xatırladaq ki, Atagül səhhəti ilə bağlı probləmlərə görə serialdan ayrılıb müalicəyə başladığını bildirmişdi.

Bundan sonra, ABŞ-ın ən çox oxunan “HOLA! USA!” jurnalının üz qabığına çəkilən aktrisaya dünyaca məşhur amerikalı həmkarı Penelopa Kruz və ispaniyalı aktyor Luis Tosarın baş rolları paylaşdığı “En Los Margenes” filmində oynamaq təklif edilib.