Robert Pattinsonun iştirakı ilə “Betmen” filminin çəklilşləri başa çatıb – FOTO

03:00 15-03-2021 550

Hollivudun “Warner Bros” kinostudiyasının “Betmen” filminin çəkilişləri başa çatıb.

Bu barədə filmin rejissoru Mett Rivz özünün “Twitter” hesabında bildirib.

O, “Son gün” yazaraq, paketlənmiş numeratorun şəklini paylaşıb.

Qeyd edək ki, filmin çəkilişləri Britaniyada aparılıb. Yanvarda Londonda başlayan proses martda pandemiya səbəbindən dayandırılıb. Sentyabrda yenidən çəkilişlər bərpa olunsa da, bir neçə gün sonra yenidən saxlanılıb. Yayılan şayiələrə görə, həmin vaxt baş rolun ifaçısı Robert Pattinson koronavirusa yoluxub.