İrina Şeyk və Bredli Kuper qızlarını rus dilini öyrənməyə göndərdi - FOTO

13:20 15-03-2021 456

Rusiyalı supermodel İrina Şeyk və amerikalı aktyor Bredli Kuperin qızları Leya de Syen rus dilini öyrənməyə yollanacaq.

Bu barədə modelin özü “Vogue”un “Instagram”dakı canlı yayımında xəbər verib.

Şeykin sözlərinə görə, martın 21-də dörd yaşı tamamlanacaq qız Nyu-York məktəblərindən birində kurslara göndəriləcək.

Koronavirus fonunda məhdudiyyətlər olduğundan məktəbdəki dərslər distant şəkildə keçiriləcək. Uşaq 30 dəqiqə olmaqla həftədə üç dərs alacaq.

Model bildirib ki, qızlarını iki fərqli mədəniyyətin nümayəndəsi olduğuna öyrətmək barədə Kuperlə razılığa gəlib. 

Xatırladaq ki, 2019-cu ilin iyun ayında İrina Şeyk və Bredli Kuper dörd illik münasibətlərdən sonra ayrıldıqlarını elan ediblər. Boşanmalara baxmayaraq, cütlük uşağın böyüməsində bərabər rol oynayacaqları barədə razılığa gəliblər.