“Yasak Elma”nın Zəhrasının kişi olduğu iddia edildi - FOTO

06:40 16-03-2021 487

Türkiyənin sevilən serialı “Yasak Elma”da Zəhra xarakterini canlandıran Şəfəq Pekdəmirin qalın səs tonu onun kişi olması və cinsiyyətini dəyişməsi iddialarını yenidən gündəmə gətirib.

“Haber Global” məlumat verir ki, sosial mediada qalın səs tonuna görə tez-tez müzakirə olunan aktrisa xüsusilə özü haqqında az məlumata sahib izləyicilərinə illər əvvəl də bu barədə açıqlama verib:

“Səsimin qalın olmasını kiçik yaşlarımda özümə dərd edirdim, amma indi sevirəm”.

Qeyd edək ki, 33 yaşlı aktrisa 2017-ci ildə vəkil Burak Mengü ilə ailə qurub, 2018-ci ildə isə boşanıb.