Məşhur aktrisa uşaqlıq fotosunu paylaşıb tənha anaların problemlərinə toxundu – FOTO

07:00 16-03-2021 507

Ukraynalı tanınmış aktrisa və model Olqa Kurilenko “Instagram”da maraqlı paylaşım edib.

“Korrespondent” nəşrinin məlumatına görə, məşhur ulduz uşaqlıq şəklini paylaşaraq, ölkəsindəki təhna anaların problemlərinə toxunub.

“Anam məni Ukraynada, tənha anaların yoxsulluq içiində yaşadıqları bir ölkədə böyüdüb. Mənim bəxtim gətirib. Təəssüf ki, bir sıra tənha analar övladlarını məhz yoxsulluq səbəbindən uşaq evlərinə təhvil verməli olurlar. Burada körpələr zorakılıq, cinsi təcavüz və insan alveri ilə üzləşirlər”, - deyə aktrisa bildirib.

O.Kurilenko məsələ ilə bağlı Avropa Komissiyasını da qınayıb. O, Ukraynadakı uşaq evlərini bağlamağı təklif edib.

“Niyə axı siz Ukraynaya 700 uşaq evinin bağlanmasından boyun qaçırmağa imkan verirsiniz? Ora xərclənən vəsait ailələrin möhkəmlənməsi istiqamətində yeni layihələrin icrasına sərf olunsaydı, daha yaxşı olardı”, - deyə o qeyd edib.