Kortni Lav ölüm ayağında olmasından danışıb - FOTO/VİDEO

07:40 16-03-2021 561

Amerikalı müğənni Kortni Lav keçən il anemiya səbəbiylə ölüm ayağında olduğunu söyləyib.

Bu barədə o, “Instagram” hesabında paylaşım edib.

Artist keçən il avqust ayında səhhətindəki problemlərdən, bu üzdən həddindən artıq arıqlamasından və izah edilə bilməyən ağrıları ilə üzləşməsindən danışıb.

“Xəstəxanada anemiyaya görə (ümumiyyətlə hemoqlobin yox idi) yorğun, təsvir edilə bilməyən ağrılarla və 44 kiloqram çəkidə demək olar ki, ölümlə üz-üzə qaldım”, - deyə “Hole” qrupunun 56 yaşlı vokalisti bildirib.

“İndi özümü çox yaxşı hiss edirəm”, - deyə Lav əlavə edib.

O, kannabidiol yağının ağrını azaltmasına və xəstəliyin demək olar ki, simptomlarını aradan qaldırmasına kömək etdiyini vurğulayıb.