Amerikalı supermodel Karle Kloss və Coşua Kuşnerin övladları dünyaya gəldi - FOTO

01:40 17-03-2021 554

28 yaşlı amerikalı supermodel Karli Kloss və 35 yaşlı əri biznesmen Coşua Kuşner ilk dəfə valideyn olublar.

Bu barədə Coşua özünün “Instagram” hesabında xəbər verib və övladının şəklini paylaşıb.

Uşağın cinsiyyəti və adı açıqlanmayıb.

“Bu dünyaya xoş gəldin”, - deyə Kuşner yazıb.

Xatırladaq ki, Karli Kloss və Coşua Kuşner altı illik münasibətdən sonra 2018-ci ildə ailə həyatı qurublar.

Coşua ABŞ-ın sabiq prezidentinin kürəkəni Cared Kuşnerin qardaşıdır. Müsahibələrin birində Kloss bildirmişdi ki, iki ailənin fərqli siyası baxışlarına görə Trampla qohumluq əlaqələrində olmaq çətindir, ancaq onun üçün vacib olanı Coşua ilə eyni fikirlərə sahib olmasıdır.