Bergüzar Korel “Kanlı Yayın”la ekranlara qayıdır - FOTO

08:00 17-03-2021 494

2016-2018-ci illər arasında yayımlanan “Vatanım Sensin”dən sonra serial setlərindən uzaq qalan türkyəli aktrisa Bergüzar Korel yeni layihə ilə pərəstişkarlarının qarşısına çıxacaq.

“Sözcü” xəbər verir ki, “Kanlı Yayın” adlı serialda Neslihan obrazına həyat verəcək aktrisa ilə yanaşı Serkan Altunorak və Yiğit Özşener də rol alacaq.

Üç ildir seriallarda rol oynamayan Bergüzar Korel gənc qızın ölümü ilə başlayan serialda Serkan Altunorakın arvadını canlandıracaq. Yiğit Özşener isə Nejat adlı polis məmuru rolunu ifa edəcək.