Dua Lipa kadrarxası görüntüləri ilə pərəstişkarlarını heyran etdi - FOTO

15:20 17-03-2021 499

Britaniyalı müğənni Dua Lipa özünün “Instagram” hesabında “Grammy” mükafatının təqdimetmə mərasimindən əvvəl çəkilən kadrları nümayiş etdirib.

Fotolarda qrim otağında baş verənlər, həmçinin pərdəarxası məqamlar əks olunub.

İfaçı səhnədə erotik rəqsinə görə tənqid olunsa da, geyimi pərəstişkarları tərəfindən böyük heyranlıqla qarşılanıb.

“Gözəlliyindən qəlbim dayandı”, “Sən kraliçasan”, “Ən gözəl və ən istedadlı”, - kimi şərhlərlə pərəstişkarları öz heyranlıqlarını bildiriblər.

Xatırladaq ki, Dua Lipa musiqi dünyasının prestijli mükafatlarından sayılan “Grammy”də “ən yaxşı vokal pop albom” nominasiyasında qalib olub.