Rihanna Pol Makkartninin qonşuluğunda yaşamaq üçün təqribən 14 milyon dollar ödədi - FOTO

06:20 18-03-2021 489

Amerikalı pop müğənni Rihanna Kaliforniya ştatının Beverly Hills şəhərində 13,8 milyon dollara (23,4 milyon manata) ev alıb.

Bu barədə “Daily Mail” xəbər verib.

Bildirilir ki, malikanə Britaniyanın “The Beatles” musiqi qrupunun keçmiş üzvü Pol Makkartninin imarətinin qonşuluğunda yerləşir.

Ulduzun digər qonşuları arasında məşhur ifaçı Meray Keri də var.