Billi Ayliş imicində radikal dəyişimi ilə pərəstişkarlarını şoka saldı – FOTO/VİDEO

16:20 18-03-2021 588

Son bir neçə gündə Billi Ayliş dünyanın ən müzakirə olunan ulduzlarından birinə çevrilib. 19 yaşlı ifaçı əvvəlcə “” mərasimində dörd nominasiyada mükafata layiq görülməsi ilə səs saldı, indi isə imicini radikal şəkildə dəyişib və sarışın olub.

O, bununda bağlı görüntüləri özünün “Instagram” hesabında dərc edib.

Ulduz bundan əvvəl etiraf etmişdi ki, yetniklik yaşında psixoloji problemləri və əhvalında baş verən dəyişikliklərlə əlaqədar olaraq saçlarının rəngini tez-tez dəyişib.

Onun yeni saç düzümü və makiyajsız halda çəkilən şəkilləri istitfadəçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

“Əla görünürsən”, “Blond sənə yaraşır”, “Gözlənilməz, ancaq əla” kimi şərhlərlə onlar ifaçının yeni tərzini bəyəndiklərini göstəriblər.

Fotolar çox az müddətdə 8 milyondan artıq bəyənmə toplayıb.