Yadplanetlilərə qarşı mübarizəyə “Terminator” başçılıq edəcək - FOTO

08:20 20-03-2021 568

Məşhur Hollivud aktyoru Arnold Şvarsneger yadplanetlilərin Yerə mümkün hücumuna qarşı planetimizin müqavimət qüvvələrinin lideri seçilib.

Müvafiq sorğu Britaniyanın “Blaze” telekanalı tərəfindən təşkil olunub.

Respondentlər məşhurlardan ibarət 20 nəfərlik siyahıda məhz onun adına üstünlük veriblər.

“Mənə inanan insanlara təşəkkür etmək istəyirəm. Mən xidmət etməyə hazıram”, -deyə Kaliforniyanın keçmiş qubernatoru öz “Twitter” səhifəsində yazıb.  

Qeyd edək ki, siyahıya Uill Smit, Devid Attenboro, Bryus Uillis və Tom Kruz kimi tanınmışların adları da daxil edilib. Həmçinin müqavimət qüvvələrinin potensial liderləri arasında ABŞ-ın keçmiş prezidenti Donald Tramp 8-ci, hazırki prezident Co Bayden 20-ci, Britaniya Baş naziri Boris Conson isə 12-ci yeri tutub.